Mətanət İsgəndərli Səma və Səbinə bacılarının “Dünya mənə özün boyda dərd verdin” adlı mahnısını səsləndirməsinə münasibət bildirib.
"Yeni Sabah" xəbər verir ki, o, “Qonaqcanlı” verilişində cütlüyün icazə almadan mahnını oxuduğunu vurğulayıb:
“Mənə heç kim heç nə deməyib. Zəng etsəydilər, böyük kimi yol göstərərdim. Musiqinin yeri var, efir başqa, toy başqa, klub və bar isə tamam fərqli mühitdir. Bu, insanların qışqırdığı, bəlkə də sərxoş olduğu yerlərdə oxunacaq mahnı deyil. Toyda belə istəyəndə oxumadığım vaxtlar olub. Verilişdə də xahiş edir, amma razılaşmırdım”. pizza mizza
Mətanət İsgəndərli mahnının yaranma tarixindən də danışıb:
“Bu mahnını yazanda Nailə Mirməmmədlinin dərdini hiss etmək olurdu. O vaxt ailəsi xoşbəxt idi, amma sonradan oğlunu itirdi. Həmin gün mənə zəng etdi və ağlayaraq dedi ki, bu mahnını çox oxu, çünki bunu dərdim üçün yazmışam. Elə bil onun ruhu indi də sakit deyil”.
Müğənni bildirib ki, mahnıya həssas yanaşılmalı və onun mənası qorunmalıdır.
Telegram kanalımız