Bu malikanə Elçin Quliyevindir? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bu malikanə Elçin Quliyevindir? - Açıqlama

Kriminal

23 İyun 2020 17:27 4788


Xaricdə yaşayan bloqer Həbib Müntəzir Novxanı kəndində yerləşən böyük bir obyektin peyk görüntüsünü yayımlayıb.

Müəllif qeyd edib ki, bu, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə məxsus villadır. Obyektin fərqli xüsusiyyəti orada böyük süni gölün yerləşməsidir, hansı ki, sahil xətti Xəzər dənizinin xəritəsinin konturlarını təkrarlayır.

Sahəsi, müxtəlif hesablamalara görə, 200 hektara çatan obyektin miqyası həqiqətən heyrətamizdir. Pepperoni pizza

Virtualaz.org şərh üçün Novxanı kənd icra nümayəndəliyinə müraciət edib. İcra nümayəndəliyində bildiriblər ki, xəritədə göstərilən ərazi dövlət əhəmiyyətli strateji bir obyektdir. Və onun general-polkovnik Elçin Quliyevə heç bir aidiyyəti yoxdur.

Bu dövlət obyektində iki helikopter meydançası, avtomobil dayanacağı üçün böyük bir kompleks və ofis binası var.

Sayt onu da dəqiqləşdirib ki, Novxanı qəsəbəsində, minlərlə vətəndaş kimi, Elçin Quliyevin də bağ sahəsi var. Lakin göstərilən strateji obyekt dövlətə məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!