Bu marşrut avtobuslarından istifadə edənlərə şad xəbər

saytların hazırlanması

Evə çatdırılma

Bu marşrut avtobuslarından istifadə edənlərə şad xəbər

Sosial

05 Dekabr 2019 09:18 913


Bakı Nəqliyyat Agentliyi (BNA) 11, 30, 40, 71, və 199 nömrəli müntəzəm marşrut xətlərini müsabiqəyə çıxarıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə BNA-dan bildirilib.

Məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!