Bu marşrut xətti də karta keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bu marşrut xətti də karta keçdi

Sosial

10 Yanvar 2020 11:04 1154


Müntəzəm marşrut xətləri üzrə avtobusların BakıKart sisteminə inteqrasiyası davam edir. Bu çərçivədə 12.01.2020-ci il tarixindən 38 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən "Yeni Sabah"a bildirilib ki, əhalinin vaxtında məlumatlandırılması məqsədilə, 38 nömrəli marşrut xətti üzrə avtobuslarda elanlar vurulub.   

Qeyd olunub ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək. pizza sifarişi

Əlavə edilib ki, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!