Bu marşrutların hərəkət sxemi dəyişdi - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Bu marşrutların hərəkət sxemi dəyişdi - Siyahı

Sosial

07 Fevral 2020 10:31 1056


Moskva prospekti (“Şamaxinka” adlanan ərazidə) yeni tikilən yerüstü piyada keçidinin dayaqlarının yerləşdiyi yerdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə “Yeni Sabah”a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, bu səbəbdən, həmin hissədə fəaliyyət göstərən marşrutların hərəkət sxemi aşağıda göstərilən qaydada təşkil edilib. pizza hut

Həmin maşrut xəttləri bunlardır:

Marşrut № 18 və 65

20 Yanvar m.st - 9-cu mikrorayon istiqamətində : Moskva pr. – Mir Cəlal küçəsi, daha sonra öz xətti üzrə

Marşrut № 135

BDM Uni. – “Memar Əcəmi” m.st istiqamətində: Moskva pr. – R.Cəfərov küç. – 3 mikrorayon dairəsi, daha sonra öz xətti üzrə

Marşrut № 170

Binəqədi qəs. – “Memar Əcəmi” m.st istiqamətində: Moskva pr. – Mir Cəlal küç. – Asif Məhərrəmov küç. – 20 Yanvar küç., daha sonra öz xətti üzrə

“Memar Əcəmi” m.st - Binəqədi qəs. istiqamətində: 20 Yanvar küç. - Asif Məhərrəmov küç. – M.Cəlal küç. – Bakı-Sumqayıt şos., daha sonra öz xətti üzrə

Marşrut № 193

4-cü mikrorayon – Lökbatan NMM istiqamətində: 20 Yanvar küç. - Asif Məhərrəmov küç. - S.C.Pişəvari küç. – M.Həsənov küç, daha sonra öz xətti üzrə

Lökbatan NMM - 4-cü mikrorayon istiqamətində: R.Cəfərov küç. - Asif Məhərrəmov küç. 20 Yanvar küç., daha sonra öz xətti üzrə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!