Bu marşrutun da hərəkət istiqaməti dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Bu marşrutun da hərəkət istiqaməti dəyişdirildi

Sosial

06 Dekabr 2019 07:15 845


Əliçıraq yaşayış massivinin sakinlərinin çoxsaylı xahişlərini və Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn sərnişinlərin sıxlığını nəzərə alaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti 592 saylı marşrut xəttinin hərəkət trayektoriyasını dəyişdirib.

DANX-dan "Yeni Sabah"a verilən məlumata görə, 592 saylı marşrut xətti başlanğıcını Əliçıraq yaşayış massivindən götürərək Mehdiabad bazarı, 5 nömrəli orta ümumtəhsil məktəbi, Abşeron Gənclər Şəhərciyi, Binəqədi Mərkəz, Xırdalan dairəsi olmaqla son dayanacağını Bakı Beynəlxalq Avtovağzal Kompleksində yekunlaşdıracaq.

Sərəncamın icrasına bu gündən başlanılacaq və artıq 592 saylı xəttin yeni istiqamətdə hərəkət edən marşrutu "592A" adı ilə sərnişinlərə xidmət edəcək.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!