Bu məhsul gömrük rüsumundan azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Bu məhsul gömrük rüsumundan azad edildi

İqtisadiyyat

05 Avqust 2023 11:12 16661


Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, qərarla Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar – 2023-cü il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumundan azad olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!