“Bu məmurlar istəsələr belə istefa verə bilməzlər” 

saytların hazırlanması

Evə çatdırılma

“Bu məmurlar istəsələr belə istefa verə bilməzlər” 

Siyasət

11 İyul 2020 14:14 1654


Son vaxtlar Azərbaycanda güc orqanlarının bir sıra nazirlik və iri dövlət qurumlarında qanunsuzluğa yol verən məmurlarla bağlı silsilə əməliyyatlar və həbslər apardığı məlumdur. Lakin nə qədər qəribə olsa da hələ ki, rəhbəri olduqları qurumlarda baş verən qanunsuzluqlara görə bu qurumların başında dayanan şəxslərdən hər hansı birinin istefa verməsi reallaşmayıb.

Maraqlıdır, ciddi qanunsuzluqların aşkarlandığı qurumların rəhbərləri baş verənlərə görə ən azından mənəvi məsuliyyət daşıyırmı? Azərbaycanda bu cür qurumların rəhbərlərinin istefa verməməsi nə ilə bağlıdır?

“Yeni Sabah” xəbər verir ki, Moderator.az-a açıqlama verən Ümid Partiyasının rəhbəri İqbal Ağazadə bunun çox sadə səbəbi olduğunu vurğuladı: pizza sifarişi

“Məsələ bundadır ki, bu şəxslər istəsələr belə istefa verə bilməzlər. Çünki onlar o qədər qanunsuzluğa yol veriblər ki, özbaşına istefa verəcəkləri təqdirdə başlarına nələrin gələcəyini bilirlər. Buna görə də onlar ökə başçısının qərarını gözləyirlər.

Onlar aqibətləri ilə bağlı hansı qərar verilisə, o qərara da boyun əyir, öz aqibətləri ilə barışırlar. Yəni törətdikləri qanunsuzuqlar onların əlindən  istefa vermək azadlığını da alır. Buna görə də onların istefa verməsi mümkün deyil. Və elə buna görə də biz bu cür istefalara şahid ola bilmirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!