“Bu məmurlarla vidalaşmalıyıq” – Deputat Amerikadakı çıxışının detallarını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Bu məmurlarla vidalaşmalıyıq” – Deputat Amerikadakı çıxışının detallarını açıqladı

Siyasət

01 Aprel 2019 17:13 1866


 “Mənim çıxışımda əsas məqam onunla bağlı idi ki, Azərbaycana bu gün həm ictimai, həm də siyasi idarəetmə sistemində biznes idarəçilərinə böyük ehtiyac var. Ölkənin təhsil sistemində islahatlar dərinləşdirilməldir ki, Azərbaycan belə peşəkar məmurları öz daxilində yetişdirə bilsin”. 

Bu sözləri deputat Asim Mollazadə “Yeni Sabah”a açıqlamasında Amerikadakı çıxışını şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycana  idarəetmənin yeni növləri gətirilməlidir:

“Biz sovet idarəetmə sistemi ilə tam vidalaşmalıyıq. Sovet idarəetməsini həyata keçirən məmurlar əslində, ölkədə ciddi problemlər yaradırlar. Ona görə yeni menecerlər təbəqəsini yetişdirməliyik.  Dördpendirli pizza

Təhsil sistemində yeniliklər olmalıdır. Biz ABŞ və Avropa ölkələrinin universitetlərini məhz Azərbaycan universitetlərinin güclənməsi üçün əməkdaşlığa dəvət etdik. Düşünürəm ki, peşə təhsil sistemi formalaşmalıdır ki, həmin idarəçiləri Azərbaycanda yetişdirə bilək.

Sovet ənənəsi ilə idarə edən məmurlar mövcuddur. Bu məmurları dəyişdirib, yeni  şüura, peşəyə malik olanlarla əvəz etməliyik. Bu məmurlar xalqla münasibətdə sovet, Kommunist partiyası ənənələrini nümayiş etdirirlər. Xalqdan uzaq olurlar. Məmur özbaşınalığı da sovet sisteminə məxsus ənənədir”.

A.Mollazadə  gənclərin bu ölkələrə təhsil üçün göndərilməsi istiqamətində dövlət proqramı ilə bağlı məsələyə də fikir bildirib: “Bu istiqamətdə müvafiq işlər görülüb. Bu proqramları davam etdirmək lazımdır ki, ABŞ və Avropada  ali təhsil alan gənclər Azərbaycan universitetlərində  öz fəaliyyətini davam etdirib ali təhsili gücləndirsinlər”. 

Qeyd edək ki, A.Mollazadə Amerikada çıxışında məmurların tamamilə fərqli davranışları lazım olduğunu bildirib. “Onlar hər şeyə nəzarət etmək kimi sovet ənənəsini yaddan çıxarmalıdır” deyə, o vurğulayıb. 

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!