“Bu, mənim həyatımın döyüşüdür“   - Vladimir Kliçko

saytların hazırlanması

Evə çatdırılma

“Bu, mənim həyatımın döyüşüdür“ - Vladimir Kliçko

Maraqlı

21 Mart 2022 18:04 485


Vladimir Kliçko Rusiya ordusu ilə müharibədən danışıb.

Yenisabah.az bildirir ki, əfsanəvi boksçu, Kiyev meri Vitali Kliçkonun qardaşı news.yahoo saytına müsahibəsində Rusiya ordusuna qarşı müharibəni həyatının döyüşü adlandırıb və rusların heç vaxt Ukraynanı fəth edə bilməyəcəyini deyib:

"Mən döyüşçüyəm və bu döyüşdür. Bu, mənim həyatımın döyüşüdür. Bu, milyonlarla insanın bir ömürlük mübarizəsidir. Vladimir Putin sadəcə olaraq SSRİ-yə qayıtmaq istəyir, lakin bu, baş tutmayacaq. Əgər rus ordusunun əhatəsindəyiksə, elə də olsun. Biz, ukraynalılar, 45 milyonuq. Biz müqavimət göstərəcəyik, bunu indi də edirik. Fotolarda görürsən ki, rusların keçdiyi şəhərlərdə insanlar Ukrayna bayraqları ilə mitinqlər keçirir, tankların qarşısına çıxıb deyirlər ki, evinə get, bura sənin torpağın deyil". pizza hut

Vladimir Kliçko bildirib ki, Kiyevdə rus tankları yoxdur və olmayacaq:

“Şəhər güclüdür, insanlar güclüdür, bizim iradəmiz güclüdür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!