Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 11 saylı Qaradağ Seçki Dairəsi üzrə daxil olan müraciətlərə də baxılıb.
"Yeni Sabah" xəbər verir ki, iclasda həmin dairənin 30 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılıb.
Həmçinin 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi üzrə daxil olan müraciətlər müzakirəyə çıxarılıb. Adıçəkilən dairənin 14, 17, 23, 25 saylı seçki məntəqələrinin nəticələri etibarsız sayılıb.
Bundan əlavə 8 saylı Binəqədi Birinci Seçki Dairəsi üzrə 24 saylı seçki məntəqəsinin də nəticələri ləğv edilib. Telegram kanalımız