"Bu günlərdə bir çox insanlar zəng edib, məktub yazıb 190 manatı almaq üçün hansı sənədlərin tələb olduğunu soruşublar. Onların içində faktiki olaraq heç bir yerdə işləməsələr də məndən yaxşı şəraitdə yaşayanları da olub".
Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Aslan İsmayılov deyib. O, işsizlərə veriləcək 190 manat birdəfəlik yardımla bağlı sosial sorğu keçirdiyini və bu barədə insanların bir çoxunun yalan məlumatlar verdiyini bildirib:
"Dünən "Instagram" səhifəmdə Karantin rejimində olan insanların maddi vəziyyətlərini az da olsa təxmin etmək üçün “kifayət qədər ərzağınız varmı” başlıqla cavabları “bəli, sıxıntı yoxdur”, “xeyr, sıxıntı var“ cavabları olan sorğu keçirdim. Minlərlə iştirakçısı olan səsvermənin nəticəsi - “bəli, sıxıntı yoxdur“ 44%, “xeyr, sıxıntı var” 56% oldu. pizza hut
Tənbəllik etməyib səs verənlərin bəzilərinin profillərini incələdim. Mənzərə məni həqiqətən dəhşətə gətirdi və növbəti dəfə “fürsətçilik, lağ-lağı bu milləti məhv edəcək” fikrində düz olduğumu anladım. “Ehtiyacı olan” sosial şəbəkə iştirakçılarının storilərində bahalı yeyib içməkdən, bahalı maşınlardan, istirahət yerlərindən şəkillərini gördüm. Heç bir ehtiyacı olmayanın sorğuda iştirak etdiyi kimi, ehtiyacı olmadan 190 manatı almaq üçün dəridən-qabıqdan çıxanlar da var. Təbii ki, bu sözlərim hamıya aid edilmir. Həqiqi ehtiyacı olanların varlığını gözəl bilirəm".
Aslan İsmayılov ona yazıb ərzaq yardımına ehtiyacı olduğunu deyən insanlardan dəqiq ünvan, ad, soyad soruşanda cəmi 2 nəfərin cavab verdiyini deyib:
"Əlavə olaraq onu da bildirim ki, onlarla insan səhifəmə yazıb ərzaq yardımına ehtiyacı olduqlarını bildiriblər. Hər birinə də şərh bölümündə açıq yox, şəxsi məktub bölümünə yardım edilməsi üçün dəqiq ad, soyad və ünvan yazmalarını istəmişəm. Ancaq 2 nəfər məktubumu cavablayıb ünvan yazıblar. Başa düşdüyüm odur ki, qalanları sadəcə məzələniblər.
Bir daha belə bir məqamda fürsətçiliyin ən alçaq bir hərəkət olduğunu bildirib hamı tərəfindən qınanılmasını xahiş edirəm. Ehtiyacı olmadan bu günlərdə dövlətin ayırdığı yardıma göz tikənlərin bu ölkəni talayanlardan fərqi yoxdur. Bilin ki, sizin fürsətçiliyiniz həqiqətən kiminsə ac qalmasına gətirib çıxarır".
Telegram kanalımız