“Bu məsələdə təkcə məmurların üzərinə düşmək...” – Qulu Məhərrəmli 

saytların hazırlanması

Evə çatdırılma

“Bu məsələdə təkcə məmurların üzərinə düşmək...” – Qulu Məhərrəmli 

Sosial

16 Mart 2020 16:46 1040


Son illərdə valideynlərin övladlarını rus və ingilis dilli siniflərə yazdırma sayı artıb. 

Milli Məclisin deputatı Fazil Mustafa da yaxın günlərdə bununla bağlı sosial şəbəkə hesabından açıqlama yayaraq məsələyə öz etirazını bildirib. Millət vəkili açıqlamasında söyləyib ki, bəzi qohumları övladlarını rus dilli siniflərə götürməyən müəllimlərdən ona şikayət edib. Eyni zamanda F.Mustafadan statusundan istifadə edərək həmin müəllimlərə təsir göstərmələrini və ya məsul şəxslərə bununla bağlı müraciət etmələrini istəyənlər olub:

“Bəzi qohum, tanış və ya yad insanlar müraciət edirlər ki, bəs uşaqlarını yerlərin dolması səbəbinə görə orta məktəblərin rus dilli siniflərinə götürmürlər. Xahiş edirlər ki, Təhsil Nazirliyindəki hansısa məsul şəxslərə və yaxud məktəb direktoruna deputat statusumdan istifadə edib hansısa təsir göstərim, yaxud da onlardan bu məsələnin həllini xahiş edim”.  pizza sifarişi

Məsələylə bağlı Yenisabah.az-a açıqlama verən professor Qulu Məhərrəmli bildirib ki, valideynlərin övladlarını xarici dilli siniflərə yazdırmasının əsas səbəbi onların təhsilimizə inamsızlığıdır:

“Valideyn övladını istənilən məktəbə qoya bilir. Buna qarışılmır. Amma məsələ burasındadır ki, bu hal artıq qıcıq doğuracaq səviyyədədir. Ölkədə rus, ingilis dilində təhsil verən məktəblərin sayı durmadan artır. Yaxşı, bəs onda Azərbaycanın rəsmi dövlət dili hara gedir? Mənə görə bunun iki səbəbi var. Birincisi, Azərbaycan dilində təhsil verən məktəblərə ümid yoxdur. Bunların yaxşı təhsil verdiyinə inam yoxdur. İkincisi, bəzi valideynlər düşünür ki, övladı Azərbaycan dilində təhsil alıb böyük karyeraya sahiblənə bilməyəcək. Bu Azərbaycan dilinin statusuna şübhə ilə yanaşmaqdır. Mənə elə gəlir ki, sözügedən hal məyusedici yanaşmadır və ciddi təəssüf doğurur. Rus dilli məktəblərin sayının artmasını yaxşı tendensiya qəbul etmirəm. Baxmayaraq ki, biz Rusiyayla dost ölkəyik, amma istənilən ölkənin təhsilində öz aparıcı dili olmalıdır. Bu məsələlər ölkənin təhülkəsizliyi ilə əlaqədardır. Bu qədər rus dilində məktəbin olması Azərbaycanda gələcək üçün yerə basdırılmış gizli minalardır. Bunların nə vaxtsa partlamayacağına insan təminat verə bilmir. Hesab edirəm ki, bu məsələ cəmiyyətin və medianın gündəmində  olmalıdır”. 

Q.Məhərrəmli bu məsələdə yalnız məmurları günahlandırmağın tərəfdarı olmadığını söyləyib:

“Burada təkcə məmurları günahlandırmaq doğru deyil. Bu yanlış yanaşma olar. Məsələ budur ki, burada valideynlərin özlərinin istəkləri var. Valideynlər də məsələyə öz maddi imkanlarından yanaşır. Bu valideynlərin dünyagörüşü ilə bağlı olan məsələdir. Niyə rus dilində təhsilə bu qədər önəm verilir? Çünki valideyn nəzərdə tutub ki, övladı məktəbi xarici dildə bitirdikdən sonra mütləq gedib Avropada oxumalıdır. Deməli, biz ölkəmizdəki təhsilin sabahına inanmırıq. Təhsilimizin yüksək kariyera verəcəyinə inanmırıq. Təbii ki, burada subyektiv səbəblər də var. Məsələn, çoxları bunu şöhrət üçün edir. Lakin bunu az sayda insana aid etmək olar. Yəni, bu məsələdə təkcə məmurların üzərinə düşmək doğru sayılmaz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!