Bu məşhur içki kişilərdə cinsi zəiflik yaradır

saytların hazırlanması

Evə çatdırılma

Bu məşhur içki kişilərdə cinsi zəiflik yaradır

Sağlamlıq

07 May 2023 18:55 9211


Həddindən artıq pivə istehlakı kişi libidosunu azaldan hormonal disbalansı inkişaf etdirir.

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı uroloq-androloq Hüseyn Sadıqov xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, pivənin tərkibində fitohormonlar var və onların strukturu qadın cinsi hormonları estrogeninə oxşardır. Bu maddələrin bədənə uzunmüddətli təsiri isə kişi cinsi sağlamlığına dağıdıcı təsir göstərir. pizza

"Testosteron və estrogenlərin disbalansı yaranır, bu da abdominal və ümumi piylənmənin, hiperkolesterolemiyanın, hipoqonadizmin, insulin müqavimətinin inkişafına səbəb olur. Bu patologiyalar erektil funksiyaya mənfi təsir göstərir", - deyə Sadıqov xəbərdarlıq edib.

Mütəxəssis əlavə edib ki, istənilən spirtli içkidən müntəzəm istifadə kişinin cinsi sağlamlığına pis təsir edir. Onun sözlərinə görə, alkoqol qaraciyər və mədəaltı vəziyə zərər verir, bu da erektil disfunksiya və digər cinsi pozğunluqlara səbəb olan müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!