Bu məşhur plastik əməliyyat üçün 160 min dollar xərclədi

saytların hazırlanması

Evə çatdırılma

Bu məşhur plastik əməliyyat üçün 160 min dollar xərclədi

Şou

10 Fevral 2021 12:07 1034


Türkiyənin məşhur iş adamı Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının plastik əməliyyatlara xərclədiyi pul hamını təəccübləndirib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur model bir neçə il öncə burnunu estetik əməliyyat etdirsə də, bir müddət əvvəl yenidən əməliyyat masasına uzanıb.

O, eyni zamanda üz dərisi üçün də bir sıra prosedurlardan keçib. Pepperoni pizza

Subaşı bu əməliyyatlar üçün bir çox dünya ulduzlarının üz tutduğu estetik cərrah Simon Oriananın yanına gedib.

Model əməliyyata nə az, nə çox düz 160 min dollar (272 min manat) xərcləyib. Onun bütün xərclərini misirli sevgilisi Mohammed Alsalussi ödəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!