"Bakı Metropoliteni" QSC noyabrın 8-də keçiriləcək Zəfər Gününə həsr olunmuş hərbi parad və konsert proqramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, paytaxtın mərkəzində yerləşən "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında nəzarət və növbətçilik mexanizmləri artırılacaq, sərnişin axınının tənzimlənməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaq. Sezar pizza
Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə ehtiyac yaranarsa, ehtiyat qatarlar da xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq.
Telegram kanalımız