Müğənni İlahə Fəda bir müddətdir qalmaqal yaşadığı həmkarı Tacir Şahmalıoğluna cavab verib.
Yenisabah.az xəbər verir ki, İ. Fəda sosial şəbəkədə video paylaşaraq ifaçıya sərt sözlər ünvanlayıb:
“Bir neçə müddətdir ki, sosial şəbəkədə mənə qarşı bir linç kampaniyası başladılıb. Bunun səbəbini bilirsiniz. Amma məsələnin görünməyən tərəfi var. Bilin ki, mən dəli deyiləm. Mən durduğum yerdə niyə kiməsə ağır söz deyim? Əlbəttə ki, haqq etdi o sözləri”. Toyuqlu pizza
Xanım müğənni Tacirlə bağlı bəzi sirləri açıb deyə bilmədiyini söyləyib: “Bu insanın, məxluqun bizim ailəmizə vurduğu zərərin illərdir altını çəkirik. Burda çox şey deyə bilərəm. Ürək süfrə deyil ki, açıb deyək. Bəzi şeyləri deyə bilmirəm, boğuluram. Mənim bildiyim şeyləri musiqi aləmi bilir. Onun bizim ailəyə vurduğu zərbəni unuda bilmirəm. Deyəcəksiniz ki, sən belə danışırsan, bacın belə. Bacım həzm edə bilir, elə hər şeyi həzm edə bildiyinə görə, başına bu işlər gəldi. Mən istəyirəm ki, ona zərbə vuran, zərər verən keçmişi yanında olmasın. Bu işləri zamana buraxıram. Zaman hər şeyi göstərəcək. Allahdan istəyirəm ki, kaş ki, mən haqsız çıxım”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız