Bu meyvə və tərəvəzlərin qiyməti artdı -   SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Bu meyvə və tərəvəzlərin qiyməti artdı - SİYAHI

İqtisadiyyat

29 May 2021 12:50 1452


2021-ci ilin aprel ayında meyvə və tərəvəzlərin topdansatış dəyərlərindəki aylıq və illik qiymət dəyişiklikləri açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzi hesabat yayıb.

Hesabata əsasən, ilin aprel ayında meyvələrdən armudun (“Krasavitsa”, “Meşə gözəli” sortları), limonun, tərəvəzlərdən kələmin, balqabağın və pomidorun topdansatış qiyməti əvvəlki aya (mart) nisbətən artıb. Pepperoni pizza

Aylıq müqayisədə meyvələrdən çiyələyin (“yerli”), tərəvəzlərdən gül kələminin, xiyarın, sarımsağın dəyəri aşağı düşüb.

Məhsulların 2021-ci ilin aprel ayındakı topdansatış qiymətini ötən ilin müvafiq ayı ilə müqayisə etdikdə tərəvəzlərdən kartofun (“Təzə”), pomidorun (“Bakı”), yerkökünün və lobyanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub.

İllik müqayisədə meyvələrdən alma (“Simerenko”, “Palmet”), armud, üzüm, limon və alçanın dəyəri azalıb. Tərəvəzlərdən xiyarın, çuğundurun, kələmin, gül kələminin, balqabağın, soğanın və pomidorun (“Şəmkir”) dəyəri azalıb. Digər kənd təsərrüfatı məhsullarının qiyməti isə sabit qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!