“Bu mövzuda irəli sürülən iddialar əsassızdır”

saytların hazırlanması

Evə çatdırılma

“Bu mövzuda irəli sürülən iddialar əsassızdır”

Siyasət

17 May 2019 16:37 1117


“Azərbaycan Avropa İttifaqı və quruma üz dövlətlərlə qarşılıqlı faydalı münasibətlər qurub. Bu əlaqələr uzun illər ərzində genişləndirilib və daha da möhkəmləndirilib”. 

“Yeni Sabah” xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. 

O, bildirib ki, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu regional və qlobal layihələr Avropa üçün xüsusi əhəmiyyətə malikdir: “Avropa ölkələri uzun illərdir ki, öz enerji təminatlarını daha etibarlı şəkildə həyata keçirmək üçün alternativ mənbələr axtarışında idilər. Məhz Azərbaycan bu çətin və məsuliyyətli missiyanın bir qismini öz üzərinə götürərək Avropanın enerji təhlükəsizliyinin təminatında qəti addımlar atdı. Şübhəsiz ki, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri olan TANAP, TAP gələcəkdə Avropanı daha etibarlı şəkildə “mavi yanacaq”la təmin edəcək”.  Dördpendirli pizza

V. Rəhimzadə Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ona görə də bu mövzuda irəli sürülən bəzi iddialar əsassızdır: “Hazırda qurumla ölkəmiz arasında tərəfdaşlığa dair sənəd hazırlanır. Bu sənəddə əsas müzakirə mövzularından biri enerji və ticarətlə bağlıdır. Prezident bu və digər müzakirələrdə Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutur. Ona görə də istər Avropa İttifaqı, istərsə də digər beynəlxalq təşkilatlar və xarici dövlətlərlə qurulan qarşılıqlı münasibətlərdə hər iki tərəfin maraqları nəzərə alınmalıdır. Ölkəmizin əsas tələbi də məhz budur”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!