Bu müəllimlər üçün sertifikasiya başlayır

saytların hazırlanması

Evə çatdırılma

Bu müəllimlər üçün sertifikasiya başlayır

Sosial

08 May 2025 09:09 327


Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanır.

“Yeni Sabah” xəbər verir ki, Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə müəllimlərin attestasiyası keçirilir.

Attestasiyanın ilk mərhələsi Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə etmişdir. pizza sifarişi

12 may tarixində başlayacaq növbəti mərhələdə Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin, habelə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən təhsilverənlərin, ümumilikdə 620 işçinin attestasiyası keçiriləcəkdir.

Qeyd olunan ixtisaslar üzrə komissiyalar formalaşdırılıb və attestasiyanın təşkili ilə bağlı texniki komanda tam şəkildə təlimatlandırılıb.

Qeyd edək ki, attestasiya proqramları ilə Mədəniyyət Nazirliyinin rəsmi saytının (https://culture.gov.az/az/announcements) elanlar bölməsində tanış ola bilərsiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!