Bu müəssisə təbiətə 14 880 manat məbləğində ziyan vurub

saytların hazırlanması

Evə çatdırılma

Bu müəssisə təbiətə 14 880 manat məbləğində ziyan vurub

Kriminal

01 Sentyabr 2020 11:26 882


Xətai rayonu Nobel prospekti 187 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.

Yenisabah.az-ın məlumatına görə, xidmətin rəisi Hikmət Əlizadə həmin ünvanda “Real-Park” MMC-nin istifadəsində olan torpaq sahəsində 29 ədəd ağac və kol bitkisinin məhv edildiyi və təbiətə 14 880 manat məbləğində ziyan dəydiyini deyib. 

O qeyd edib ki, faktla bağlı MMC barəsində akt tərtib edilib: "Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!