“Bu müğənniciklərə kimsə desin də əsgər formasını əyninizə geyinib...” - Aparıcıdan sərt tənqid

saytların hazırlanması

Evə çatdırılma

“Bu müğənniciklərə kimsə desin də əsgər formasını əyninizə geyinib...” - Aparıcıdan sərt tənqid

Şou

01 Yanvar 2021 17:02 2411


“Bu müğənniciklərə kimsə desin də əsgər formasını əyninizə geyinib efirə çıxmayın! Bir az hörmətiniz olsun”.

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Lalə Mustafayeva sosial şəbəkə hesabında yazıb.

Teleaparıcı sənət adamlarının hərbi forma geyinməsini sərt şəkildə qınayıb: pizza sifarişi

 “Oğullar can qoyub o formalarda. Xüsusilə ay xanım müğənnilər, dar hərbi şalvarı hara geyinirsiniz? Bir az abrınız olsun! Kimsə məni qınamasın. Amma həqiqətən baxanda iyrənirəm və utanıram! Həm qadın həm kişilər, etməyin bunu! Şəhidlərdən utanın!”

İzləyiciləri onun müğənni Şəbnəm Tovuzlunun bostanına daş atdığını yazsalar da, aparıcı bu sözlərin forma geyinən hər bir müğənniyə aid olduğunu bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!