“Bu müğənnilər xalqını, vətənini sevə bilməz“ - Sevda Ələkbərzadə   + Video

saytların hazırlanması

Evə çatdırılma

“Bu müğənnilər xalqını, vətənini sevə bilməz“ - Sevda Ələkbərzadə + Video

Şou

03 Sentyabr 2020 14:08 1760


Əməkdar artist Sevda Ələkbərzadə bayağı mahnı oxuyan müğənniləri sərt tənqid edib.

Yenisabah.az xəbər verir ki, Space TV-də efirə gedən "Yanar saat"da qonaq olan müğənni bu cür musiqilərin insanların zövqünü korladığını bildirib. Sənətçilərə səslənən Sevda onları səviyyəli mahnı təqdim etməyə çağırıb:

"İnsanların musiqi zövqünü korlamayın. Düşünürəm ki, insanların musiqi zövqünü korlayan, onları zəhərləyən müğənnilər vətənini, xalqını sevə bilməz. Ölkələr sənətçiləri ilə tanınır. İtaliya deyəndə kimləri nəzərdə tuturuq? Rejissorları, filmləri, rəssamları, memarları yada düşür. Bunu bütün ölkələrə aid edirəm. Dövlətlər sənətkarlarına görə sevilir, məşhurlaşır. Bu, vacib məsələdir. Hər bir ifaçı bunlara diqqət etməlidir". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!