“Bu müharibə bizə zorla qəbul etdirilib” - Əraqçi

saytların hazırlanması

Evə çatdırılma

“Bu müharibə bizə zorla qəbul etdirilib” - Əraqçi

Siyasət

14 Mart 2026 22:55 651


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailə qarşı aparılan müharibə strategiyası haqqında danışıb.

"Yeni Sabah" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi MSNBC-yə müsahibəsində deyib.

"Bir daha vurğulamalıyam ki, bu, bizim müharibəmiz deyil; bizə zorla qəbul etdirilmiş müharibədir", - o deyib. XİN rəhbəri əlavə edib ki, savaşı İran başlamayıb: Sezar pizza

"Biz sadəcə özümüzü müdafiə edirik və bu müharibə bir daha təkrarlanmayacaq şəkildə sona çatana qədər özümüzü müdafiə etməyə davam edəcəyik".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!