“Bu, müttəfiqlik ruhuna zərər verməklə yanaşı...” - Hulusi Akar

saytların hazırlanması

Evə çatdırılma

“Bu, müttəfiqlik ruhuna zərər verməklə yanaşı...” - Hulusi Akar

Dünya

15 Dekabr 2020 17:38 1059


"NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verməklə yanaşı, etibarı kökündən sarsıdacağı da aydındır".

Yenisabah.az xəbər verir ki, bu fikri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı açıqlamasında bildirib.

Nazir iki ölkə arasındaki mövcud hərbi, siyasi münasibətlərə uyğun olmayan bu qərarı qınadıqlarını vurğulayıb: Sezar pizza

"Bu sanksiya qərarı ölkələrimiz arasındakı ittifaqın bütün dəyərlərini sarsıtdı. Ciddi hava hücumu təhdidi altında olan ölkəmizin və 83 milyon vətəndaşımızın təhlükəsizliyi üçün bütün lazımi tədbirlər görülür və görüləcək. NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verməklə yanaşı, etibarı kökündən sarsıdacağı da aydındır. Ölkəmizin, millətimizin müdafiəsini və təhlükəsizliyini təmin etmək səyləri əzm və qətiyyətlə davam edəcək”. (Azərtac)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!