Bu nazirliyə yeni səlahiyyət verildi

saytların hazırlanması

Evə çatdırılma

Bu nazirliyə yeni səlahiyyət verildi

Sosial

09 Dekabr 2019 15:28 1183


Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq vermək səlahiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus olacaq.

"Yeni Sabah" xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq vermək qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!