“Bu nə dəhşətdi, İlahi?” – Deputat qızların videosundan heyrətə gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Bu nə dəhşətdi, İlahi?” – Deputat qızların videosundan heyrətə gəldi

Siyasət

01 Aprel 2019 01:36 8102


“Bu nə dəhşətdi, İlahi? Bu adamlar gerçəkdən nə oxuduqlarının, nəyə oynadıqlarının, bu hərəkətləri ilə nəyi təbliğ etdiklərinin fərqində deyillərmi?”.

“Yeni Sabah” xəbər verir ki, bunu millər vəkili Qənirə Paşayeva “Kazbekə şey basım, zırranım” mahnısına oynayan qızların videosuna münasibət bildirərkən deyib. O, bildirib ki, həmkarı Fazil Mustafanın Daxili İşlər Naziri və Baş Prokurora bu mahnı, bu videolarla bağlı müraciətini tamamilə dəstəkləyir və qoşulur: 

“Mən də bununla bağlı rəsmi qurumlara müraciət edəcəm. Bu videoların uşaqlar və yeniyetmələr üçün nə qədər zərərli bir təbliğat olmasının görəsən bu videolara çəkilən, çəkən və yayan adamlar, onların ailəsi, yaxınları gerçəkdən fərqində deyillərmi?  Sezar pizza

Çox düşündürücü və narahatverici bir məsələdir. Çox üzüldüm, üzüntü və ciddi narahatlıqla izlədim. Təəssüf... 

Amma bu cür videolara, narkomaniyanı təbliğ edənlərə qarşı ciddi addımlar atılmalıdır. Tədbirlər görülməlidir. Çox təəssüf... Böyüyən uşaqlarımızı düşünün bu addımı atmazdan əvvəl. Üzüntüvericidir. Tezliklə yığışdırılması lazımdır bu videoların”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!