Bu obyektlərdə koronavirusla bağlı qaydalar kobud şəkildə pozulub - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Bu obyektlərdə koronavirusla bağlı qaydalar kobud şəkildə pozulub - SİYAHI

Sağlamlıq

24 İyun 2020 17:30 804


Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 88 ictimai iaşə obyekti, 214 ərzaq satışı mağazası olmaqla ümumilikdə 302 müəssisədə reyd keçirib. 

AQTA-dan Yenisabah.az-a verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 170-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.  Pepperoni pizza

Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

◾ Xətai rayonunda “İslam” market

◾ Nizami rayonunda “Ulduz” market

Digər rayon və şəhərlər üzrə:

◾ Bərdə rayonunda “Lahmacun” kafe və “Yaşar” market

◾ Gəncə şəhərində “Uğur” market

◾ Göygöl rayonunda “Böyük İsgəndər” restoranı

◾ Xaçmaz rayonunda “Ət dünyası”, Ağayev Abdulla Hüseynağa oğluna, Zülfüqarov Alim Aydın oğluna, İmanrzayev Üzeyir Ağarəhim oğluna məxsus ət satışı mağazaları

◾Neftçala rayonunda “Proqres” ərzaq mağazası, “Milla” market və Məmmədov Rasim Musa oğluna məxsus kafe


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!