Bu ölkə bizə viza verməyi dayandırdı - Azərbaycanı koronavirus ölkəsi elan etdilər

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkə bizə viza verməyi dayandırdı - Azərbaycanı koronavirus ölkəsi elan etdilər

Siyasət

28 Fevral 2020 11:06 1686


Səudiyyə Ərəbistan Azərbaycan da daxil olmaqla, 22 ölkənin vətəndaşlarına turist vizasının verilməsini müvəqqəti olaraq dayandırıb. "Yeni Sabah" xəbər verir ki, bu barədə "Xabar 24" Səudiyyə Ərəbistan Krallığının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, vizanın verilməsinin dayandırılmasına səbəb koronavirusunun yayılması təhlükəsidir. Siyahıda Azərbaycandan başqa, Qazaxıstan, Özbəkistan, İtaliya, Yaponiya, Çin, İran, Koreya, Tailand, Malayziya, İndoneziya, Pakistan, Əfqanıstan, İraq, Filippin, Sinqapur, Hindistan, Somali, Vyetnam, Livan, Suriya, Yəmən ölkələri də yer alıb. Bəyanatda bu ölkələr koronavirusun yoluxma təhlükəsinin daha çox olduğu ərazilər kimi qeyd edilib. Xatırladaq ki, dünən Səudiyyə Ərəbistan Məkkədə Ümrə ziyarətini dayandırıb. Həcc ziyarətinin də dayandırıla biləcəyi istisna edilmir.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!