Bu ölkə koronavirus üçün 310 milyard yen ayırdı

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkə koronavirus üçün 310 milyard yen ayırdı

Dünya

28 İyul 2020 09:35 694


Yaponiya paytaxtının hökumət orqanları koronavirusun yayılmasının qarşısını almaq məqsədilə 310 milyard yen (təqribən 2,9 milyard dollar) məbləğində əlavə büdcə layihəsini qəbul edib.

NHK telekanal bildirir verir ki, ayrılan vəsait əsasən koronovirus pandemiyası ilə əlaqədar fəaliyyətini dayandıran müəssisələrə yardım üçün nəzərdə tutulur. Bununla yanaşı, həmin vəsaitin bir hissəsinin səhiyyə müəssislərinin işini yaxşılaşdırmağa yönəldiləcəyi də bildirilir.

Xatırladaq ki, Tokionun cari maliyyə ili üçün dövlət büdcəsi 7,35 trilyon yen (təqribən 69,7 milyard dollar) məbləğində təsdiq olunub. Toyuqlu pizza

Əlavə olaraq qeyd edək ki, Yaponiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir. Belə ki, son məlumatlara görə bu ölkədə virusa yoluxanların ümumi sayı 31 mini ötüb. Onlardan 1011-nin həyatını itirdiyi bildirilir. Bununla yanaşı, paytaxt Tokionun ölkə üzrə koronavirusun ən çox yayıldığı ərazi olduğu da qeyd edilir. /Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!