Bu ölkə Trampın səbrini daşırdı – ABŞ liderindən SƏRT CƏZA

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkə Trampın səbrini daşırdı – ABŞ liderindən SƏRT CƏZA

Dünya

27 Yanvar 2025 10:06 242


Tramp deportasiya etdiyi immiqrantları qəbul etməyən Kolumbiyaya qarşı sanksiyalar tətbiq edəcək.

Yenisabah.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın bu addımı atmaqda məqsədi qeyri-qanuni miqrasiyanın qarşısını almaqdır.

ABŞ lideri bir həftə ərzində Kolumbiyaya tətbiq edilən gömrük rüsumlarını 50 faizə qaldıracağını vurğulayıb. Həmçinin, Kolumbiya hökumət rəsmilərinə maliyyə və bank sanksiyaları tətbiq edəcəyini bəyan edib. pizza sifarişi

Qeyd edək ki, Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampın ölkəsinə deportasiya etdiyi mühacirləri daşıyan təyyarələri qəbul etməyəcəyini açıqlayıb. Kolumbiyanın bu addımından sonra Tramp ölkəyə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!