Bu ölkə virusa təslim olur: 24 saatda 400 min yeni yoluxma

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkə virusa təslim olur: 24 saatda 400 min yeni yoluxma

Dünya

01 May 2021 11:44 801


Hindistanda koronavirus tüğyan edir. Ölkədə  günlük yoluxma sayı artıq 400 mini keçib.

Yenisabah.az xəbər verir ki, ölkədə ortaya çıxan B.1.617 mutasiyası ilə xəstələrin sayı sürətlə artmaqdadır və hər gün yeni bir rekord gəlir. Səhiyyə Nazirliyinin paylaşdığı məlumatlara görə, son 24 saat ərzində ölkədə 401 993 yeni COVID-19 faktı aşkarlanıb. Həmçinin 3 523 nəfər korona virusu səbəbiylə ölüb. Ölənlərin ümumi sayı 211 min 853-ə çatıb.

Həmçinin korona xəstələrinin müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsində gecə başlayan yanğın, ikisi səhiyyə işçisi olmaqla 18 nəfərin ölümünə səbəb olub. pizza sifarişi

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!