Bu ölkədə 2 həftəlik fövqəladə vəziyyət elan olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə 2 həftəlik fövqəladə vəziyyət elan olunacaq

Dünya

14 Mart 2021 09:23 802


Martın 13-də Moldovanın Ali Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Moldovada pandemiya ilə bağlı vəziyyət müzakirə edilib.

“Yeni Sabah” yerli mətbuat istinadla xəbər verir ki, iclasda Moldova Prezidenti Maya Sandu hazırda vəziyyətin kritik olduğunu və bunun bir sıra məsələlərin təcili həllini zəruri etdiyini söyləyib. Prezident parlament üzvlərini və Səhiyyə Nazirliyinin nümayəndələrini qərar verməyə dəvət edib.

“Virusa yoluxma hallarının artmasının qarşısını almaq üçün məsuliyyətli qərarlara ehtiyacımız var. Fövqəladə hallar zamanı kompensasiya, peyvəndlər, müayinələrə giriş və pulsuz dərmanlarla əlaqədar tədbirlər müəyyənləşdirilməlidir. Mənim və Ali Təhlükəsizlik Şurasının mövqeyi belədir ki, ölkədə koronavirusla bağlı təhlükəli vəziyyət yarandığı üçün 2 həftə ərzində fövqəladə vəziyyət elan edilsin. Moldova hökuməti 3 gün ərzində müvafiq qərar çıxarmalıdır”, - deyə Maya Sandu əlavə edib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!