Bu ölkədə 777 min nəfər koronavirusa yoluxub

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə 777 min nəfər koronavirusa yoluxub

Dünya

20 İyul 2020 15:08 687


Rusiyada koronavirusa yoluxanların sayı aprelin 29-dan bəri ilk dəfə 6 mindən aşağı olub. 

Yenisabah.az xəbər verir ki, ölkədə son sutka ərzində 85 bölgədə 5 min 940 nəfərdə COVID-19 simptomları aşkarlanıb. Beləliklə, yoluxanların sayı 777 min 486 nəfərə çatıb. 

Bildirək ki, onlardan 553 min 602 nəfər virusu məğlub edib. Ölənlərin sayı isə 85 nəfər artaraq 12 min 427 nəfər olub. Hazırda 211 min 457 nəfər aktiv virus daşıyıcısıdır.  pizza mizza

Qeyd edək ki, 24 saatda Rusiyada may ayından bəri ən az ölüm hadisəsi baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!