Bu ölkədə aprelin 20-dək küçəyə çıxmaq qadağan olundu

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə aprelin 20-dək küçəyə çıxmaq qadağan olundu

Dünya

24 Mart 2021 10:42 783


Niderlandda yeni növ koronavirus pandemiyası ilə əlaqədar küçəyə çıxma qadağası aprelin 20-ə qədər uzadılıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Niderland höküməti məlumat yayıb.

Ölkənin baş naziri Mark Rutte tətbiq edilən komendant vaxtının isə martın 31-dən etibarən 1 saat azaldılacağını qeyd edib. Onun sözlərinə görə, martın 31-dən komendant saatının vaxtı axşam saat 21:00-da deyil, 22:00-da başlayacaq. Dominos pizza

Baş nazir qeyd edib ki, xəstəxanalardakı xəstələrin sayının artması, əvvəllər tətbiq olunan tədbirlərin ləğv edilməsinə imkan vermir. O, lazım olmadıqca may ayına qədər xaricə səyahət etməməyi tövsiyyə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!