Braziliyada bir gün ərzində koronavirusa 39 483 yoluxma aşkarlanıb.
Bu barədə RİA “Novosti” Cənubi Amerika ölkəsinin Səhiyyə Nazirliyinə istinadən bildirib. Qeyd edilir ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 228 114 nəfərə çatıb.
Son sutkada ölkədə COVID-19-dan 1 141 nəfər ölüb. Bununla da Braziliyada koronavirusdan ölənlərin sayı 54 971 nəfərə çatıb. pizza
Qeyd edək ki, Braziliyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /Report
Telegram kanalımız