Türkiyədə növbəti dəfə təbiət hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Məlumata görə, 3.8 bal gücündəki zəlzələ gecə saat 02:56 radələrində İstanbulun bəzi ərazilərində hiss olunub.
Bildirək ki, Qaradənizdə olan zəlzələ yer səthindən 7 kilometr dərinlikdə qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur. Sezar pizza
Qeyd edək ki, son vaxtlar Türkiyədə təbiət hadisəsinin baş verməsi mütəmadi xarakter alıb.
Telegram kanalımız