Braziliyada son sutka ərzində koronavirus 4 min civarında insanın həyatına son qoyub.
Yenisabah.az xəbər verir ki, ölkədə günlük yoluxma sayı 90 638 təşkil edib, 3 869 nəfər isə virusdan ölüb.
Beləliklə Braziliyada yoluxma sayı 12 748 747-yə, ölüm halları isə 321 515-ə yüksəlib. Dominos pizza
210 milyondan çox əhalisi olan Cənubi Amerika ölkəsi Braziliya, ABŞ-dan sonra COVID-19 epidemiyasından ən çox təsirlənən ölkədir.
Telegram kanalımız