Suriya koronavirusun ən az yayıldığı ölkələrdən biridir. Belə ki, burada bugünədək 3 nəfər COVİD-19 səbəbilə həyatını itirib.
Yenisabah.az xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamada ümumilikdə 39 nəfərdə koronavirus simptomlarının aşkarlandığı bildirilib. 5 nəfər isə müalicə olunaraq virusa qalib gəlib.
Qeyd edək ki, Suriyada koronavirus yayılmasının qarşısını almaq məqsədilə komissiya yaradılıb. Bu komissiya son olaraq Ramazan ayı ərzində ölkədə küçəyə çıxma qadağasının necə tətbiq olunacağını müəyyənləşdirib. Yeni qərara görə, Ramazan ayı ərzində artıq 19:30-dan 06:00-dək heç kim küçəyə çıxa bilməyəcək. Sezar pizza
Xatırladaq ki, bundan əvvəl qadağa saat 18:00-06:00 arasında tətbiq olunurdu. Sayad Həsənli
Telegram kanalımız