Cənubi Amerika ölkəsi olan Ekvadorda koronavirusun ən çox təsir göstərdiyi Quayaquil bölgəsində 1 həftədə ev və xəstəxanalarda 500 nəfər ölüb.
Yenisabah.az xəbər verir ki, ordunun dəstəyi ilə yaradılan Birgə İş Qüvvələrinin lideri Corc Veyd bir həftə ərzində ev və xəstəxanalardan toplanan cəsədlərdən 450-nin artıq dəfn edildiyini deyib. Onun sözlərinə görə,əvvəllər xəstəxanada ölənlər oranın işçiləri tərəfindən dəfn edilirmiş,indi isə 24 saat içərisində qurum tərəfindən proses həyata keçirilir. Bildirək ki,martın 12-dən etibarən ölkədə karantin rejimi elan edilib. Nəticədə Quayaquildə evlərdən ölülər götürülməsi və dəfn xidmətinin yerinə yetirilməsi ilə bağlı problem yaşanıb.
Xatırladaq ki, Corc Veyd daha əvvəl 23 martdan bəri Quayaquildə 1300 nəfərin öldüyünü açıqlamışdı. Dominos pizza
Telegram kanalımız