Pandemiyanın “vətəni” sayılan Çində virusla mübarizə məqsədilə yeni qərarlar qəbul edilib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, mədəni olmayan hərəkət və davranışlara görə cərimələr tətbiq olunacaq. Mədəni olmayan davranış dedikdə asqırarkən və öskürərkən ağzını tutmamaq, xəstə-xəstə küçəyə çıxmaq nəzərdə tutulur. Bu sıraya həmçinin itləri tasmasız gəzdirmək, küçəyə zibil atmaq, yerə tüpürmək, bina evinin pəncərəsindən küçəyə hər hansı əşya atmaq və küçədə təbii ehtiyacını ödəmək də daxildir.
Küçəyə zibil atanlar, yerə tüpürənlər və bina evinin pəncərəsindən küçəyə əşya tullayanlar 200 yuan (təxminən 30 dollar), itini tasmasız gəzdirənlər isə 500 yuan (təxminən 75 dollar) cərimə olunacaq. Marqarita pizza
Qeyd edək ki, bu günə kimi Çində 4 mindən çox insan koronavirusdan dünyasını dəyişib.
Telegram kanalımız