Meksikada marixuana istifadəsi ilə bağlı yeni qərar qəbul edilib.
Yenisabah.az xəbər verir ki, Ali Məhkəmənin qərarı ilə artıq ölkədə marixuananın zövq üçün istifadəsi sərbəstdir. 3-ə qarşı 8 səslə qəbul edilən qətnamədə yetkinlərin özləri üçün marixuana yetişdirib, istehlak etmək üçün icazə istəyə biləcəyi qeyd olunub.
İctimai yerlərdə və uşaqların gözü qarşısında marixuana çəkmək isə hələ də qadağandır. pizza
Ali Məhkəmə qüvvədə olan məhdudlaşdırıcı qanunların konstitusiyaya zidd olduğunu da diqqətə çatdırıb.
Telegram kanalımız