Bu ölkədə məscid, kilsə, bazar, məktəb və restoranlar bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə məscid, kilsə, bazar, məktəb və restoranlar bağlandı

Dünya

17 Sentyabr 2020 14:41 997


İordaniyada sentyabrın 17-dən başlayaraq məscid, kilsə, bazar, təhsil müəssisələri, o cümlədən kafe və restoranlar fəaliyyətini dayandırıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb ölkədə COVID-19 dayışıcılarının sayının kəskin şəkildə artması olub.

Məsələ ilə bağlı açıqlama verən ölkənin KİV ilə əlaqələr üzrə naziri Əmcad Aday bildirib ki, tətbiq olunan məhdudiyyətlər iki həftə davam edəcək: pizza sifarişi

"Kiçik bazarlar açılmayacaq, iri ticarət mərkəzləri ilə bağlı isə karantin rejimindən sonra xüsusi rejim tətbiq olunacaq".

Bildirək ki, bugünədək İordaniyada 3 min 852 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 2 min 349 nəfər sağalıb. Ölənlərin sayı isə 26 nəfərə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!