Bu ölkədə vaksinasiya yaşı 5-ə endirildi

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə vaksinasiya yaşı 5-ə endirildi

Dünya

09 Sentyabr 2021 10:33 778


Sentyabrın 9-da Slavakiyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı vaksinasiyasına start veriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Vladimir Lenqvarski məlumat verib.

O, müvafiq qərarın həkim və tibb mütəxəssislərinin tövsiyəsi əsasında qəbul edildiyini bildirib. Dominos pizza

Nazirin sözlərinə görə, Slovakiyada 12 yaşdan yuxarı uşaqların vaksinasiyasına artıq bir neçə ay öncə başlanılıb. Daha aşağı yaş qrupundan olanlara gəlincə, Lenqvarski bu uşaqların yalnız valideynləri və ailə həkiminin icazəsi ilə peyvənd olunacaqlarını vurğulayıb.

Bununla yanaşı, səhiyyə naziri gələn həftədən etibarən Slovakiyada COVID vaksinlərin üçüncü dozasının da tətbiq ediləcəyini qeyd edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!