Bu ölkədə virusun “ikinci dalğası” başladı – 1 gündə 57 min yoluxma

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə virusun “ikinci dalğası” başladı – 1 gündə 57 min yoluxma

Dünya

04 İyul 2020 09:23 937


ABŞ-da ötən sutka ərzində yeni növ koronavirusa rekord sayda yoluxma qeydə alınıb.

Ötən sutka ölkədə koronavirusa 57 497 nəfər yoluxub. Bundan əvvəlki antirekord iyulun 2-si qeydə alınmışdı - 55 220 yoluxma faktı.

Təxminən 40 ştatda koronavirusa yoluxma hallarında artımın müşahidə edilməsi səbəbilə iyulun 4-ü Müstəqillik Günü bayramının qeyd edilməsi qismən ləğv edilib. Sezar pizza

Bildirilir ki, son həftə ərzində rekord sayda yoluxma halları ABŞ-ın 16 ştatında qeydə alınıb. Ötən gün ən çox yoluxma halları Florida ştatında aşkarlanıb - 9 488.

Qeyd edək ki, Con Hopkin Universitetinin hesabatına əsasən, ABŞ-da koronavirusa yoluxanların sayı 2,79 milyonu ötüb, 129 430 nəfər vəfat edib. /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!