Avropanın kiçik ölkəsi İslandiyada xiyar qıtlığı yaşanır.
Yenisabah.az xəbər verir ki, buna səbəb sosial şəbəkədə paylaşılan resept olub.
Hər şey “xiyar adamı” kimi tanınan influser Loqan Moffittin yeni resepti ilə başlayıb. Bu resepti sınayan islandiyalı influserin videoları böyük marağa səbəb olub. Beləliklə, ölkədə xiyar istehlakı kəskin dərəcədə artıb. Marqarita pizza
Küncüt yağı, sarımsaq, düyü sirkəsi və acı bibər yağı ilə hazırlanan resepti demək olar ki, hər kəs sınayıb.
Tezliklə tələbat o qədər artıb ki, supermarketlərdə xiyar tapmaq müşkülə çevrilib. İslandiya Fermerlər Birliyi artan tələbatı ödəyə bilmədiklərini açıqlayıb. Ölkədə xiyar alışı iki dəfə artıb. Market sahibləri ilk dəfə belə bir vəziyyətin şahidi olduqlarını açıqlasa da, xiyar qıtlığının günahı TikTok-un üzərinə atılır.
Rəsmilər tədarükün bir həftə ərzində normallaşacağını gözləyirlər.
Aytac Şahin
Telegram kanalımız