Bu ölkədən Azərbaycana heyvan gətirilməsinə qadağa qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədən Azərbaycana heyvan gətirilməsinə qadağa qoyuldu

Sağlamlıq

17 İyun 2020 15:21 680


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq etdiyi müvəqqəti məhdudiyyətlə bağlı məlumat yayıb.

AQTA-dan Yenisabah.az-a daxil olan məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Bolqarıstanın Qabrovo və Sumen vilayətləri ərazilərində Kü isitməsi xəstəliyi qeydə alındığını bildirib. 

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatı nəzərə alınaraq, Bolqarıstanın Qabrovo və Sumen vilayətlərindən xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyətin tətbiq olunmasına dair qərar qəbul edilib. Toyuqlu pizza

Bu tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!