Bu ölkədən bəzi məhsulların idxalına məhdudiyyət qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədən bəzi məhsulların idxalına məhdudiyyət qoyuldu

İqtisadiyyat

04 Avqust 2021 21:40 1963


İspaniyadan bəzi məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yenisabah.az-a bildirilib ki, ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İspaniya Krallığının Balear adalarında blutanq xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İspaniya Krallığının Balear adalarından bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Sezar pizza

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İspaniya Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!