Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yaxın Şərqdə davam edən müharibə fonunda İrana qarşı mübarizəyə aktiv şəkildə qoşulmağa daha da yaxınlaşdığı bildirilir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzetində məlumat dərc olunub. Bildirilib ki, Körfəz ölkələri Səudiyyə Ərəbistanının ABŞ qüvvələrinə öz ərazisində yerləşən hava bazasından istifadə etməyə icazə verməsindən sonra daha fəal rol almağa yavaş-yavaş yaxınlaşır.
Nəşrin istinad etdiyi mənbə bildirib ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri ötən həftə İranın hücumlarına səbrinin “limitsiz olmadığını” deməsindən sonra ölkənin müharibəyə qoşulması yalnız zaman məsələsidir. Toyuqlu pizza
Aytac Əliyeva
Telegram kanalımız