Bu ölkələr Rusiyadan elektrik təchizatını dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkələr Rusiyadan elektrik təchizatını dayandırdı

Dünya

08 Fevral 2025 20:30 281


Baltikyanı ölkələr bu gündən etibarən öz elektrik şəbəkələrini BRELL (Belarus, Rusiya, Estoniya, Latviya, Litvanı) enerji sistemindən çıxarıb.

Yenisabah.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Baltikyanı ölkələrin elektrik şəbəkələrinin ayrılması istehlakçılara təsir etməyib və onların enerji sistemləri sabit şəkildə işləyir. pizza mizza

Şənbə və bazar gününün birinci yarısı ərzində Estoniya, Latviya və Litvanın elektrik şəbəkəsi operatorları "Elering", AST və "Litgrid" Qərb və Şərq arasında enerji "adası" rejimində işləmə sınaqları keçirəcəklər.

Bazar günü günorta saatlarından sonra Baltikyanı ölkələrin enerji sistemləri Avropanın elektrik təchizat sisteminə inteqrasiya olunacaq./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!